EN

Pakistan Prezidentindən açıqlama: "Ölkəmizi qorumalıyıq..."

Pakistan Prezidenti Asif Əli Zərdari Əfqanıstanın təcavüzkar hərəkətlərinə cavab olaraq bildirib ki, Pakistan milli maraqlarını, regional suverenliyini və təhlükəsizliyini qorumaqda qətiyyətlidir.

News24.az xəbər verir ki, bu barədə "Daily Pakistan"məlumat yayıb.

Məlumata görə, prezident bəyan edib ki, Əfqanıstan rəhbərliyi işğal altında olan Cammu və Kəşmirdəki məzlum xalqın azadlıq mübarizəsinə arxa çevirərək həm tarixə, həm də ümmətə qarşı ədalətsizlik edib.

Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.

Chosen
98
6
news24.az

10Sources