"Qarabağ" klubu dünya reytinqində irəliləməyə davam edir.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 96-cı yerdən 82-yə yüksəlib. Onların aktivində 171 xal var.
Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
Digər Azərbaycan klublarından "Sabah" 296-cı, "Araz-Naxçıvan" 391, "Zirə" isə 407-ci yerdədir.
Siyahıya 537 xalla PSJ başçılıq edir.