EN

Pakistan Prezidenti: “Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq“

ain.az, Moderator.az saytına istinadən bildirir.

Pakistan Prezidenti Asif Əli Zərdari Əfqanıstanın təcavüzkar hərəkətlərinə cavab olaraq bildirib ki, Pakistan milli maraqlarını, regional suverenliyini və təhlükəsizliyini qorumaqda qətiyyətlidir.

Moderator.az bu barədə "Daily Pakistan"a istinadən xəbər verir.

Məlumata görə, prezident bəyan edib ki, Əfqanıstan rəhbərliyi işğal altında olan Cammu və Kəşmirdəki məzlum xalqın azadlıq mübarizəsinə arxa çevirərək həm tarixə, həm də ümmətə qarşı ədalətsizlik edib.

Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
6
moderator.az

10Sources