EN

"Qarabağ" dünya reytinqində 14 pillə irəlilədi

style='margin-bottom:10px;'>

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

QOL.az xəbər verir ki, 501 klubun yer aldığı siyahıda Azərbaycanın 4 klubu var. 

Ən yaxşı göstəriciyə malik olan klubumuz "Qarabağ"dır. Qurban Qurbanovun komandası 171 xalla 82-cidir. Ağdam təmsilçisi əvvəlki cədvəllə müqayisədə 14 pillə irəliləyib.

"Sabah" (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib.

"Araz-Naxçıvan" (66.5) 355-dən 391-ə, "Zirə" (65.5) isə 380-dən 407-yə düşüb.

Qeyd edək ki, siyahıya 537 xalla PSJ (Fransa) liderlik edir.

Chosen
16
teleqraf.com

1Sources