EN

Avtobuslarda "QR-kod"la ödənişlərdə əlavə pul çıxılır?

Avtobuslarda gediş haqqının "QR-kod"la ödənişi zamanı məbləğ seçimi çaşqınlıq yaradır. Qiymətlər marşrut xəttinə görə dəyişdiyi üçün mindikləri avtobusda gedişin qiymətini bilməyən sərnişinlər maddi ziyan və vaxt itkisi ilə üzləşirlər.

Xəzər TV xəbər verir ki, söhbət gediş haqqını "QR-kod" ilə ödəyən sərnişinlərdən gedir. Onların sözlərinə görə, mobil tətbiq vasitəsilə ödəniş etdikləri zaman məbləği yanlış seçdiklərində kartdan pul çıxılır və geri qaytarmaq ya mümkün olmur, ya da çox gec olur.

Sürücülər də qeyd olunan məsələnin problem yaratdığını təsdiqləyirlər.

 

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, daşıyıcılara istismarlarında olan marşrut avtobuslarında qiymət tablolarının olmasının vacibliyi vurğulanıb. Tarif dəyişikliyi ilə bağlı qərardan sonra qiymət dəyişikliyi şamil edilən avtobuslarda isə yeni tabloların quraşdırılması ilə bağlı da tapşırıq verilib. Məsələ nəzarətə götürülüb. 

Chosen
8
20
day.az

10Sources