EN

Cənubi Afrika və ABŞ rüsumlarla bağlı razılaşma əldə edə bilər

Cənubi Afrika Respublikası və ABŞ tezliklə rüsumlarla bağlı razılaşmaya nail ola bilərlər.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" CAR-ın ticarət naziri Parkes Tauya istinadən məlumat verib

“Biz tariflər və onların hər iki ölkə üçün necə qarşılıqlı faydalı olacağı barədə razılığa gəlmək ərəfəsindəyik”, - Tau deyib.

Qeyd edək ki, sentyabr ayında "Reuters" Tau və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Gririn ABŞ-nin tətbiq etdiyi rüsumların azaldılmasını nəzərdə tutan razılaşmanı müzakirə etmək üçün görüşdüklərinə dair məlumat yaymışdı.

Chosen
12
2
redaktor.az

4Sources