Azərbaycanlı FIFA referisi Əliyar Ağayev futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinin oyununa təyinat alıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bu gün – oktyabrın 12-də keçiriləcək H qrupunun oyunu Serravalle şəhərindəki San Marino stadionunda təşkil olunacaq. Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. VAR hakimləri isə Polşa və Macarıstandadırlar.
DÇ-2026-nın seçmə mərhələsi
H qrupu
12 oktyabr
17:00. San Marino – Kipr
Baş hakim: Əliyar Ağayev (Azərbaycan).
Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli (Azərbaycan).
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan).
VAR: Pavel Maleç (Polşa).
VAR hakiminin köməkçisi: Tamaş Boqnar (Macarıstan).
Hakim-inspektor: David Malkolm (Yeni Zelandiya).
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan).