EN

Çin: ABŞ tarifləri artırarsa, cavabsız qalmayacaq

BAKI, 12 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Çin mallarına rüsumları 100 faiz artırmaqla bağlı bəyanatı Pekinin sərt reaksiyasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi öz rəsmi saytında açıqlama yayıb.

“Amerika tərəfinin bu bəyanatı ikili standartların klassik nümunəsidir”, – deyə açıqlamada bildirilir.

Nazirlik qeyd edib ki, ABŞ-nin istənilən anda yüksək tariflərlə hədələməsi, Çinlə sağlam və konstruktiv əməkdaşlıq üçün doğru yanaşma deyil:

“Əgər ABŞ Çin mallarına tarifləri artırarsa, Pekin tərəfi qətiyyətli və zəruri əks tədbirlər görəcək”.

Chosen
20
teleqraf.com

1Sources