EN

Google Chrome faydasız sayt bildirişlərini avtomatik bağlayacaq

BAKI, 12 oktyabr. TELEQRAF

Google şirkəti Chrome brauzerində masaüstü və Android cihazları üçün yeni funksiyanın tətbiqini elan edib.

Teleqraf "The Verge" nəşrinə istinadən xəbər verir ki, bu funksiya istifadəçilər tərəfindən uzun müddət diqqətsiz buraxılan sayt bildirişlərini avtomatik olaraq söndürəcək.

Məlumata görə, bu mexanizm qurğuda ayrıca quraşdırılmış veb-tətbiqlərə şamil edilməyəcək. Məhdudiyyətlər yalnız mütəmadi olaraq bildiriş göndərən, lakin istifadəçilərdən demək olar ki, heç bir reaksiya almayan saytlara tətbiq olunacaq.

"Google"un məlumatına əsasən, Chrome vasitəsilə göndərilən bütün bildirişlərin 1%-dən də azı istifadəçilər tərəfindən hər hansı fəaliyyətə səbəb olur. Şirkət bildirir ki, bu bildirişlərin əksəriyyəti istifadəçilərə fayda verməkdənsə diqqətlərini yayındırır.

Yeni funksiyanın sınaqları göstərib ki, bu dəyişikliklər nəticəsində israrçı və lazımsız bildirişlərin sayı əhəmiyyətli dərəcədə azalıb, lakin ümumi klik göstəriciləri ciddi dəyişməyib. Əksinə, az-az bildiriş göndərən saytlar istifadəçi aktivliyində artım müşahidə ediblər.

Yeniləmə Chrome-un növbəti versiyalarında mərhələli şəkildə tətbiq ediləcək və məqsəd istifadəçi rahatlığını və diqqətini artırmaq, eyni zamanda, həqiqətən vacib bildirişlərə çıxışı qorumaqdır.

Chosen
26
teleqraf.com

1Sources