EN

Zəfər xronikası. 12 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Türkiyənin "Haber Global" televiziya kanalına müsahibəverib.

Trendmüsahibəni təqdim edir:

- "Haber Global" yayımına xoş gəldiniz. Son dərəcəönəmli bir qonağımız var. Bildiyiniz kimi, Azərbaycan Vətənmüharibəsi aparır. Beləliklə, döyüş meydanında Azərbaycan SilahlıQüvvələrinin sürətli, amma təmkinli irəliləyişi var. Bir atəşkəsprosesi, atəşkəsdən dərhal sonra Ermənistanın xüsusilə dünəntörətdiyi hücumlar nəticəsində gərgin diplomatik proseslər,əməliyyat meydanında və masada hərəkətlilik. Təbii ki, bunları ənyaxından izləyən şəxs hazırda bu gərginlik arasında bizə vaxtayıran Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Xoş gördük,cənab Prezident.

- Sağ olun.

- İlk olaraq, dünənki hücumla, əməliyyat meydanında vəmasadakı son vəziyyətdən başlamaq istərdim. Bir tərəfdən, gərgindiplomatik fəaliyyət həyata keçirdiyinizi bilirik. İşinizin çoxolduğu bir vaxtda bizə vaxt ayırdığınız üçün Sizə bir daha təşəkküredirəm.

Dünən bir çox yerdə bunun qarşılığını gördük, bir hücum, mülkiəhaliyə qarşı bir hücum. Amma xüsusilə xarici mətbuatda tam əksinəbir yanaşma var, diasporun bir təbliğat müharibəsi var. Əvvəlcə,mövcud vəziyyətlə bağlı həqiqətlərdən danışa bilərsinizmi?

- Əlbəttə, biz qara təbliğatla uzun illərdir ki,üzləşirik. Bunun bir neçə səbəbi var, onlardan biri də bəziölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir. Onlarınfəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək,Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinəzərbə vurmaq məqsədləri daim onların gündəliyində olanməsələlərdir.

Son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları vəonların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuatsavaşına başlamışdır. Bunun nəticəsidir ki, bu gün dünyamətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır.Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqüçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdanTürkiyənin mətbuat nümayəndələrinə xüsusi təşəkkürümü bildirməkistəyirəm. Çünki demək olar, hər gün gecə-gündüz Türkiyənin aparıcıteleviziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlıhəqiqətləri dünyaya çatdırır.

Atəşkəs rejimi tətbiq olunandan sonra Ermənistan demək olar ki,dərhal öz çirkin əməllərini davam etdirmişdir. Biz bir müddət aravermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, bu atəşkəshaqqında açıqlama verilmişdir, biz ümid edirdik ki, bundan sonraDağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesabedirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüşmeydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb,diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki,biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəsErmənistan tərəfindən pozulmuşdur.

Bildiyiniz kimi, ondan sonra gecə saatlarında mülki şəxslərəqarşı dəhşətli cinayət törədilmişdir. Gəncə şəhəri bombardmanedilmişdir. Şəhər "Toçka-U" raketləri ilə atəşə məruz qalmışdır vəbunun nəticəsində mülki vətəndaşlar həlak olmuş vəyaralanmışlar.

Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür.Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamilərivə islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünkiartıq hər şey göz qabağındadır. Dünən o hadisə yerində təşkilolunan mətbuat açıqlamaları və bu gün oraya gedən xaricisəfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Birdaha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkarsiyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistandövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşıtörədilmiş bu cinayət bunu bir daha göstərdi.

- İndi diqqət yetirdiyiniz bu amil çox əhəmiyyətlidir.Biz Türkiyənin terrorla mübarizəsində də bir çox istiqamətdəəməliyyat zonasında fəaliyyət göstərdik. Misal üçün, bizimşəhərlərimizə də PKK-dan bəzi raket atışları, top atışları olurdu.Bilirdik ki, bunu terror təşkilatı törədir. Dünən yayımlarımızda damən ifadə etdim, insanlığa, vicdana, məntiqə sığmayan bir cavab.Daha əvvəl Siz xalqa müraciətinizdə də ifadə etmişdiniz, xüsusiləRusiyaya edilən telefon zəngləri var, atəşkəs edək deyə. Atəşkəsəldə olundu, hansı məntiqlə və nə üçün bu hücum törədilir? Bu sualınecə cavablandırarsınız?

- Burada, ilk növbədə, Ermənistanın terror mahiyyətini nəzərəalmaq lazımdır. Çünki onlar döyüş meydanında məğlub olurlar,uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlaraimza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kəndişğaldan azad edilir, yaxud da, bu kəndlərin ərazisi nəzarət altınaalınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indibizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayışməntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdənbuna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbətielanlar edəcəyik. Ona görə bütün cəbhəboyu istiqamətlərdəErmənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, özacısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu,onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhzGəncəyə o hücumu da törətmişlər.

Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasirəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyantərəfindən verilmişdir. Bizdə dəqiq məlumat var ki, Paşinyanhazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onunmənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlarverir. Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar birneçə dəfə cəhdlər göstərdilər. Mənə bu səhər verilən məlumata görə,bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olanböyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki,strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyükönəmi yoxdur. Sadəcə olaraq, gedib orada şelfi çəkdirmək, yaxud daki, öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupuzərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlarsırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətininqurbanlarıdır.

Bu, onların taktikasıdır. Çünki onlar öyrəşiblər ki, dünyameydanında onlara daim dəstək veriləcək. Dünya erməniliyi, onlarınhavadarları, islamofob dairələr, təəssüf ki, dünyada kifayət qədərgüclü mövqelərə malikdirlər. Onlar hər zaman Ermənistanı və onlarınbizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər, onları müdafiəedirdilər. Azərbaycan haqqında olmazın yalanlar yayırdılar,azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər. Ancaqbugünkü dünyada, internet dövründə bunu etmək onlar üçün artıq çoxçətindir. Çünki artıq qeyri-ənənəvi mətbuat vasitələri var,internet var və məlumatın çatdırılması o qədər də çətin məsələdeyil. Ona görə bu gün onlar informasiya mübarizəsində də əvvəlkimövqelərə sahib deyillər. Biz isə haqq yolundayıq. Həm beynəlxalqhüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öztorpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizimtorpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq.

- Beynəlxalq ictimaiyyət dediniz, gözlədiyiniz, xüsusiləbu hücumdan sonra Qərbdə elə də çox səs eşidilmədi. Gözlədiyinizetirazı aldınızmı? Dünən cənab Hacıyevin attaşelərlə keçirdiyitoplantıda da şahid olduğumuz bir məqam var. Üç dəfə dedi ki, birsual verin, açıqlayaq, həqiqətləri sizə izah edim. Cavabgəlmədi.

- Biz çox da gözləmirdik, buna heç ehtiyac da yoxdur. Çünki buuzun illər ərzində biz gördük ki, həqiqəti eşitmək istəmirlər,yaxud da ki, həqiqəti pərdələmək istəyirlər, məlumatları, gerçəkfaktları təhrif edirlər. Bunun da səbəbləri kifayət qədərçoxşaxəlidir. Ona görə, bizim əsas işimiz ondan ibarət idi ki, buməsələni həll edək, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpaedək. Bunu etmək üçün bizdə kifayət qədər güc var.

Əlbəttə ki, ilk günlərdən, ilk saatlardan qardaş Türkiyədəngöstərilən dəstək, mənim qardaşım hörmətli Prezident Rəcəb TayyibƏrdoğandan səslənən dəqiq açıqlamalar, eyni zamanda, digəryüksəksəviyyəli şəxslərin açıqlamaları həm Azərbaycana mənəvidəstək verdi, eyni zamanda, bütün dünyaya göstərdi ki, TürkiyəAzərbaycanın yanındadır. Əgər belə olmasaydı, ola bilərdi ki, artıqErmənistan-Azərbaycan arasında olan bu münaqişə daha da genişcoğrafiyaya sıza bilərdi.

- Dayanıqlı bir atəşkəs gözləyirsinizmi? Daim pozulur,Moskvadakı 11 saat yarımlıq toplantıdan sonra buna nail olundu.Dünən biz jurnalistlər burada şahid olduq ki, Bakı böyük səbirgöstərir.

- Bəli, biz səbir göstəririk. Əlbəttə ki, Gəncə belə vəhşi atəşəməruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvatcavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünənitirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq.Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibəaparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandanfərqləndirən cəhətlərdən biridir. Ona görə dayanıqlı atəşkəsintəmin edilməsi üçün ilk növbədə, Ermənistan anlamalıdır ki, artıqişğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar orayaqayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nədeyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu,olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-babatorpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nəqədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq. Çünkidayanıqlı atəşkəs üçün hər iki tərəfin buna sadiq olması lazımdır.Biz buna sadiqik. Biz günorta saat 12-dən qüvvəyə minmiş atəşkəsəriayət etmişdik, amma görəndə ki, Ermənistan bunu pozur, təbii ki,biz buna səssiz qala bilməzdik. Biz də özümüzü müdafiə etməliyik vəbeləliklə, demək olar ki, atəşkəs qüvvəyə mindi, amma real həyatdabaş vermədi.

- Çəkilməklə bağlı siqnal alırsınızmı, ən azından həminnöqtədə? Torpaqlarımızdan çəkilməklə bağlı.

- Yox, biz belə bir siqnal almırıq və heç kim də bizə belə birsiqnal verə bilməz. Bu, beynəlxalq hüquqa və tarixi ədalətə ziddir.Belə bir siqnal olmamışdır. Siqnallar var ki, dayandırın. Siqnallarvar ki, daha irəli getməyin. Siqnallar var ki, atəşkəs təminedilsin. Biz də deyirik ki, yaxşı, atəşkəs təmin edilsin, ancaqbununla bərabər gərək məsələ sülh yolu ilə həll edilsin.

Moskvada qəbul edilmiş açıqlama, hesab edirəm ki, bizimmaraqlarımıza tam cavab verir. Çünki ilk növbədə orada göstərilirki, həlak olanların cəsədlərinin, əsirlərin humanitar əsaslarladəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik.Ancaq Ermənistan buna getmirdi. Bundan başqa çox önəmli siyasiməqamlar var. Onlardan biri danışıqların, müzakirələrin bərpaedilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davametdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavabverir. Çünki orada işğal edilmiş torpaqlardan erməni silahlıqüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki,birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondanerməni silahlı qüvvələri çıxarılır. Ondan sonra təbii ki, bütünməcburi köçkünlər əvvəlki dövrdə yaşadıqları bölgələrə qayıdırlar.Bu da o deməkdir ki, bizim məcburi köçkünlərimiz Şuşaya da,Xankəndiyə də qayıdacaqlar və ondan sonra yəni bu məsələnin siyasihəlli təmin edilə bilər.

Digər məsələ, - Ermənistan buna hər zaman o qədər yaxşıbaxmırdı, - odur ki, müzakirələrin formatı dəyişməz olaraq qalır.Ermənistan rəhbərliyi və baş nazir Paşinyan hər zaman deyirdi ki,Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlaraparmalıdır. Biz isə buna etiraz edirdik. Oraya belə bir bəndinsalınması yenə də bizim maraqlarımıza cavab verir.

Ona görə artıq hərbi mərhələdən diplomatik siyasi mərhələyəkeçid üçün bütün imkanlar, bütün zəmin var. Qaldı ki, Ermənistan buatəşkəsə əməl etsin. Ümid edirəm ki, Azərbaycanın müzəffərOrdusunun dünən və bu gecə yeni uğurlu əməliyyatları onları bunaməcbur edəcək.

- Siz sentyabrın 27-dən bəri, bu Vətən müharibəsibaşladığı andan etibarən yeni bir formatdan, Türkiyənin özmövqeyini daha fəal qoymasından, bu məsələnin Rusiya və Türkiyə iləbirlikdə həll oluna biləcəyindən bəhs edirsiniz. Amma TürkiyəLavrovun açıqlamasında yox idi. Sanki bundan sonra ATƏT-in Minskqrupunda müzakirələrin yenə davam edəcəyinə yönəlik bir açıqlamaetdi. Türkiyə necə, nə şəkildə, nə vaxt masada olacaq? Ya da bubarədə danışıldımı?

- Əlbəttə ki, bu, bizim mövqeyimizdir. Mən bunu bir neçə dəfəaçıqlamışam. Bir daha demək istəyirəm ki, mütləq Türkiyə buməsələnin siyasi yollarla həll olunmasında fəal rol oynamalıdır.Mən onu da bilirəm, Türkiyənin bəzi mətbuat orqanlarında yazılırki, nə üçün Türkiyə Moskvada olmamışdı. Təbii ki, bu, indikimərhələdə nəzərdə tutulmurdu. Heç Türkiyə qarşısında da belə birvəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil. Bu, sadəcə olaraq,humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni, bu,danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi.Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır. Ancaqbu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Otuz iləyaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu iləqaytarılmadı. Ona görə mən də tam haqlı olaraq dedim, bir halda ki,Minsk qrupu 1992-ci ildə formalaşdı və o zaman hansı əsaslarlaformalaşdı, bu haqda bizdə heç bir məlumat yoxdur. Əgər Minskqrupunun tərkibinə baxsanız görərsiniz ki, orada bu bölgədənuzaqlarda yerləşən ölkələr, bu bölgə ilə heç bir əlaqəsi olmayanölkələr, münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var.Onların orada mövcudluğu formal xarakter daşıyır. Yaxşı, biz əgərbu münaqişənin həll olunmasını istəyiriksə, - amma biz istəyirik, -elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun vəbu tərkib birtərəfli olmasın. İndi Minsk qrupunun həmsədrlərininölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hərüç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlaramalikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəlişəxslərinə təsir edirlər. Yəni, bu nə qədər ədalətlidir? Nə üçünTürkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür. Onagörə bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşmavar.

Geosiyasi reallıqlar dəyişib. 1992-ci illə bugünkü vəziyyətimüqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünyamiqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etməkistəmirlər, bu, onları qıcıqlandırır. Onlar öyrəşiblər, təəssüf ki,keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çoxböyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqilsiyasət aparır və dünya miqyasında gücə çevrilibdir. Hansı məsələbizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada,Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır.Onunla hesablaşmaq lazımdır.

İndi müzakirələr nə zaman başlayacaq, mən bunu deyə bilmərəm.Çünki Ermənistan bir halda ki, bu atəşkəsi pozur, inanmıramdanışıqlarda da səmimi olsun. Ancaq istənilən halda de-yure, ya dade-fakto Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz davar. Çünki bu gün sirr deyil ki, biz Türkiyə ilə müntəzəm olaraqməsləhətləşmələr aparırıq. Bu proseslər başlayandan - 27 iyuldan bugünə qədər biz daim əlaqədəyik. Türkiyənin yüksək səviyyəlivəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıxtəmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə olaraq, bizde-fakto reallığı de-yure reallığa çevirməliyik.

- İndi "Nə üçün o həmsədrlik sistemində Türkiyə olmasın,olmalıdır" ifadəsini işlətdiniz. Bunu bir qədər də aydınlaşdırmaqüçün soruşacağam, amma Sizə istinad edərək. Ötən gün xalqamüraciətinizdə eynilə bu ifadələri işlətdiniz – biz artıqstatus-kvonu dəyişdirdik, təmas xətti deyə bir şey yoxdur, təmasxəttini yardıq. Yeni müzakirədə həm Türkiyənin iştirakı, həm də budediyiniz sözlər barədə bir qədər ətraflı bəhs etsək, tam olaraqnəyi nəzərdə tutursunuz? Bundan sonra Bakı tərəfindən necə birstatus-kvo qurulacaq?

-Bilirsiniz, biz status-kvo ilə əlaqədar uzun illər çox böyüksəy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin.Nəhayət, təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransaprezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi- status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunualqışladıq. Mən də bir neçə dəfə bununla bağlı açıqlama verdim ki,bu, çox müsbət bir yanaşmadır. Yəni, bu, nə deməkdir, o deməkdirki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır.Status-kvonun dəyişdirilməsini Ermənistan etməlidir. Çünki bizErmənistan torpaqlarını işğal etməmişik. Biz status-kvonu necədəyişdirə bilərik? Bu Ermənistan tərəfinə, bir mesaj, bir siqnalidi. Ancaq təəssüf ki, bu açıqlama və açıqlamalar, - bir neçə dəfəbelə açıqlamalar verildi, - havada qaldı. Ondan sonra biz nəeşitməyə başladıq? Son dönəmdə artıq həmin həmsədrlər bu ifadədəngeriyə addım atdılar. İndi nə deyirlər? İndi deyirlər ki,status-kvo dayanıqlı deyil. Amma bu, böyük bir fərqdir. Status-kvodəyişməlidir, yəni ki, Ermənistan, sən torpaqlardan çıxmalısan.Status-kvo dayanıqlı deyil, yəni sabit deyil o deməkdir ki, sadəcəolaraq, onlar bunu fakt kimi göstərirlər. Ona görə belə olan halda,status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanındadəyişdirdi. Artıq status-kvo yoxdur. Artıq Ağdərə, Füzuli,Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azadedildi. Hansı status-kvodan söhbət gedə bilər? Söhbət gedə bilməz.Təmas xətti? Təmas xətti yoxdur. Aydın məsələdir ki, mövcud olantəmas xətti çox böyük hərbi biliklər əsasında yaradılmışdır.Ermənistanın o zaman heç bir hərbi bilikləri yox idi. Bunu biz açıqetiraf etməliyik. Yəni, Ermənistanın nüfuzunun az olması onlar üçünçox ciddi bir problem yaradır. Onlar üçün təmas xətti çox qısaolmalı idi, düz olmalı idi. Onu da etdilər. Onların buna ağlıçatmazdı. Onlara məsləhət verənlər bunu etdilər. Əgər o əvvəlkitəmas xəttinə baxsanız, bu üfüqi-şaquli formadadır. Belə, düz.Yəni, onu müdafiə etmək çox asandır. Onların mövqeləri əsasəntəpələrdə idi. Onlara müdaxilə etmək, yəni, istehkamları yarmaq çoxçətin bir iş idi. İndi bu təmas xətti yoxdur. Biz onu bir neçəyerdən - şimaldan, cənubdan, ondan sonra şərqdən yardıq. Artıqhansı təmas xəttindən söhbət gedə bilər? Yoxdur! AzərbaycanOrdusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yenimövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, yaxudda ki, şəhər olsun. Təpə olsun, dağ olsun – o, kənddən, şəhərdəndaha önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsasməsələ strateji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafıbizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərəgirək-girməyək o başqa məsələdir. Bizim qarşımızda indi belə birsiyasi vəzifə yoxdur ki, mütləq bu gün oranı elan edək, sabah oranıelan edək. Yoxdur. Bəzi hallarda biz kəndləri, şəhərləri azadedirik, bir gün, iki son sonra açıqlama veririk. Bunun da taktikasıvar.

Bir daha deyirəm, status-kvo yoxdur, təmas xətti yoxdur.Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz orduəfsanəsi yoxdur. Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarlagərək həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın,bütün dünya hesablaşsın. Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı,biz dura bilərik, biz də istəmirik ki, qan tökülsün. Amma ondansonra gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, bizdurmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər.Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqaməsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin,şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək.

- İşin siyasi və hərbi tərəfi bir tərəfə. Bu gün biz,daha doğrusu, Bakıya gəldiyimiz andan etibarən oranı tərk etməkməcburiyyətində qalmış insanlarla görüşdük, aralarında xocalılılar,cəbrayıllılar var idi. Azərbaycan dövlətinin, Sizin köməyinizlətikilən qəsəbələrə getdik. Hər kəsin üzündə bu ifadə var idi: Sizə,dövlətə böyük minnətdarlıq hissi duyurlar. "Biz burada heç bir şeyəehtiyacımız olmadan yaşayırıq, lakin biz öz torpaqlarımıza dönməkistəyirik" deyirlər. Xüsusilə cəbrayıllılar, "İşğaldan azad ediləntorpaqlarda nə edəcəksiniz?" sualına, "Təki bir damımız olsun,kifayətdir" deyirlər. Bəs, Siz nə edəcəksiniz o insanlar üçün? Otorpaqlarda yeni inşaat işləri aparılacaq?

- Biz orada nəinki damlar, biz orada şəhərlər quracağıq, bizoraya həyatı qaytaracağıq. Biz bütün dağılmış yerləri bərpaedəcəyik. Ora indi bizim ordumuzun nəzarətindədir. Artıq işğaldanazad edilmiş torpaqların bəzilərinə bizim mətbuat nümayəndələri dəgedirlər. Bəzilərində isə hərbçilər özləri videoya çəkirlər,görürlər ki, orada bir dənə də salamat bina yoxdur. Yəni, bu,faşistlərin əməlləridir. Dünya bunu görməlidir və görəcək. Görün,indi Ağdam, Füzuli nə gündədir?! Bizim bütün kəndləri dağıdıblar.Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar,qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər.Biz Cocuq Mərcanlını təqribən 8 aya qurduq. O kənd ki, biz 2016-cıildə işğaldan azad etdik, 6-7-8 aya artıq oranı biz inşa etdik vəindi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki də,məscidi də, xəstəxanası da, məktəbi də, evlər də var, hər şey var.Bir də ki, kənd təsərrüfatı üçün onlara avadanlıq vermişik və indio kənd dirçəlib. Bütün o torpaqları biz cənnətə çevirməliyik. Onsuzda oranın mənzərəsi cənnətdir və uzun illər erməni tapdağınınaltında olmasına baxmayaraq, o torpaq canlanacaq, oraya həyatqayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümüqayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətləyaşayacaqlar.

Bizim məcburi köçkünlərimiz bilirlər ki, mənim üçün, Prezidentüçün onların problemi bir nömrəli problemdir. Siz də bilirsiniz ki,biz onlar üçün nə qədər böyük yardımlar edirik. Bu il biz 7 minailəyə yeni mənzillər veririk. Təqribən 35 min insan bir il ərzindədövlət tərəfindən pulsuz mənzil alır. Hər ay dövlət onların hərbirinə müavinət verir. Ona görə, təbii ki, onlar dövlətinqayğısından razıdırlar. Mənim onlarla keçirdiyim görüşlərdə onlarhər zaman təşəkkürlərini bildirirlər və deyirlər ki, burada hər şeyyaxşıdır, biz bu yeni evlərdə yaşayırıq, belə şəraiti görməmişik,amma bizi ora qaytarın, biz oraya getmək istəyirik vəgedəcəklər.

Ona görə biz indi artıq o bölgələrin inkişaf planları üzərindəişləməliyik, müvafiq göstərişlər artıq verilibdir. Planlamahazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın vəmaksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər.

- Cənab Prezident, bu qədər sıx qrafikinizin, diplomatikgərginliyin arasında bizə vaxt ayırdığınız üçün Sizə çox təşəkküredirik.

Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Chosen
9
1
az.trend.az

2Sources