Moskva Tehrana Baş nazir Benyamin Netanyahunun İsrailin İranla müharibəni bərpa etməkdə maraqlı olmadığına dair mesajını çatdırıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Üç-dörd gün əvvəl Rusiya Prezidenti Vladimir Putin və Netanyahu arasında telefon danışığı olub. Ertəsi gün Moskvadakı səfirimiz Prezident Administrasiyasından Netanyahudan ölkəmizlə yeni müharibə istəmədiyini bildirən mesaj alıb", - nazir qeyd edib.
"Cebheinfo.az"