EN

Əraqçi: Rusiya bizə İsrailin müharibə istəməməsi ilə bağlı mesajını çatdırıb

Moskva İsrailin baş naziri Binyamin Netanyahunun mesajını Tehrana çatdıraraq, İsrailin İranla müharibənin bərpasında maraqlı olmadığını bildirib.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Üç-dörd gün əvvəl Rusiya Prezidenti Vladimir Putin və Netanyahu arasında telefon danışığı olub. Ertəsi gün Moskvadakı səfirimiz prezident administrasiyasından mesaj aldı ki, Netanyahu ölkəmizlə yeni müharibə istəmir", - XİN rəhbəri deyib.

Chosen
28
1
apa.az

10Sources