EN

Azərbaycanın 6 cüdoçusu medal qazanıb - FOTOLAR

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.

"Cebheinfo.az" xəbər verir ki, yarışın ilk günündə 6 cüdoçumuz medalçılar sırasında yer alıb. Tofiq Məmmədov (-66 kiloqram) və Gültac Məmmədəliyeva (-52 kiloqram) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olublar. Hüseyn Allahyarov (-60 kiloqram) ilə Ülviyyə Bayramova (-57 kiloqram) gümüş medala yiyələniblər. Elşən Əsədov (-66 kiloqram) və İbrahim Əliyev (-73 kiloqram) millimizin aktivinə bürünc medal yazdırıblar.

Açıq turnirə milli komandamız 25 cüdoçu ilə qatılıb.

"Cebheinfo.az" 

Chosen
34
18
cebheinfo.az

10Sources