Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Fransa Prezidenti Emmanuel Makron Qəzza zolağında atəşkəs sazişinin imzalanması ilə bağlı tədbirlərdə iştirak etmək üçün Misirə getməyi planlaşdırır."Report" BFMTV-yə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayının bəyanatında bildirilib.Vurğulanıb ki, Makronun səfəri sentyabrda Nyu-Yorkda Yaxın Şərq sülh konfransında irəli sürülən Fələstin üzrə Fransa-Səudiyyə təşəbbüsü ilə uyğun gəlir.Qeyd edək ki, Qəzza zolağında atəşkəs oktyabrın 10-da qüvvəyə minib. Tərəflər arasında razılaşmaya əsasən, HƏMAS oktyabrın 13-ü səhərə qədər diri və ya ölü 48 girovu İsrailə qaytarmalıdır. Bunun müqabilində İsrail ömürlük həbsə məhkum edilmiş 250 fələstinlini və 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından bəri saxlanılan 1 700-dən çox Qəzza sakinini azad etməlidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.