Ukraynanın Baş naziri Yuliya Sviridenko ölkənin mədəniyyət naziri vəzifəsinə Tatyana Berejnayanın təyin olunmasını təklif edib.
Publika.az xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk məlumat verib.
Rada sədri qeyd edib ki, Sviridenko Berejnayanın namizədliyini “Xalqın Xidməti” siyasi partiyasının deputat fraksiyasının təklifi əsasında irəli sürüb. Berejnaya yalnız mədəniyyət naziri postuna deyil, həm də Ukraynanın humanitar siyasət üzrə baş nazir müavini vəzifəsinə namizəd göstərilib. İndi bu təklifi Rada deputatları müzakirə edəcək.
2022-ci ildən hökumətdəki son dəyişikliklərə qədər Berejnaya iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. İyul ayının sonundan etibarən isə o, Ukraynanın mədəniyyət və strateji kommunikasiyalar naziri vəzifəsini icra edib.