Bəstəkarın qızı Qarayeva-Bağırova Züleyxa Qara qızı mənzil barədə yayılan xəbərləri “Qafqazinfo”ya təkzib edib:
“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkə səhifələrində “Qara Qarayevin yaşadığı mənzil satışa çıxarıldı” başlığı ilə yayılan məlumat tam həqiqəti əks etdirmir.
Bildiririk ki, xəbərdə adıçəkilən mənzil dahi bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin yaşadığı ev kimi təqdim olunsa da, bu məlumat tam dəqiq deyil.
Həmin mənzil bəstəkara dövlət tərəfindən 1950-ci illərdə verilmiş və Qara Qarayev burada bir neçə il yaşamışdır. Daha sonra bəstəkar başqa ünvana köçmüş, sözügedən mənzildə isə illər ərzində bir neçə ailə məskunlaşmış və sonradan mənzil satılmışdır.
Hazırda Qara Qarayevin əsl yaşadığı və yaradıcılığının mühüm dövrünü keçirdiyi mənzil Qara Qarayevin ev-muzeyi kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur. Muzeydə bəstəkarın şəxsi əşyaları, sənədləri, musiqi arxivləri və dəyərli eksponatları saxlanılır”.
Onun sözlərinə görə, Qara Qarayevin sonuncu mənzili Bakı şəhəri, Bülbül prospekti 21 ünvanında yerləşib:
10Sources
-
news24.azZüleyxa Qarayevadan 750 minlik mənzillə bağlı - Açıqlama ( 22299553)
-
afn.azQara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama ( 22300981)
-
bizim.mediaQara Qarayevin qızından 750 minlik mənzillə bağlı AÇIQLAMA ( 22301056)
-
redaktor.azQara Qarayevin qızından 750 minlik mənzillə bağlı -Açıqlama ( 22300396)
-
globalinfo.azQara Qarayevin qızından atasına aid evin satışa çıxarılmasına REAKSİYA ( 22300357)
-
cebheinfo.azQara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama ( 22300303)
-
publika.azQara Qarayevin qızından atasına aid evin satışa çıxarılmasına REAKSİYA ( 22300393)
-
demokrat.azQara Qarayevin qızından 750 minlik mənzillə bağlı AÇIQLAMA ( 22300060)
-
teleqraf.comQara Qarayevin qızı atasına aid evin satışa çıxarılması xəbərlərinə dair açıqlama yayıb ( 22300006)
-
nocomment.azQara Qarayevin qızından mənzillə bağlı – Açıqlama ( 22300003)