EN

Bu ölkədə ARA QARIŞDI: Prezident paytaxtdan QAÇDI - FOTO

Madaqaskar prezidenti Andri Radzuelina davam edən etirazlar fonunda paytaxt Antananarivodan qaçıb.

Musavat.com xəbər verir ki, bu barədə "Jeune Afrique" mənbələrə istinadən məlumat yayıb.

Etirazlar sentyabrın 25-də başlayıb, əsasən su və elektrik enerjisinə çıxışın yaxşılaşdırılması, səhiyyə sistemindəki problemlər və yüksək korrupsiya səviyyəsi ilə bağlıdır.

Zamanla etirazçılar prezident Radzuelinanın istefasını tələb etməyə başlayıblar.

Qeyd edək ki, o, 2009-cu ildə etiraz aksiyaları nəticəsində hakimiyyətə gəlib, 2019 və 2023-cü illərdə yenidən prezident seçilib.

BMT-nin məlumatına görə, iğtişaşlar zamanı ən azı 22 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb. Sentyabrın 29-da Radzuelina hökumətin istefasını elan etsə də, etirazlar hələ də davam edir.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, ölkənin 30 milyon sakininin yalnız üçdə biri elektrik enerjisindən istifadə edə bilir.

Musavat.com

Chosen
13
3
musavat.com

6Sources