EN

Cennaro Qattuzo İtaliya millisinin heyətini 23 nəfərə endirəcək

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo oktyabr ayı üçün DÇ-2026-nın seçmə oyunlarına 27 oyunçu çağırıb.

90deqiqe.Az "TUTTOmercatoWEB"ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı Estoniya ilə matç üçün heyət 23 nəfərə endiriləcək. 

Gözləntilərə görə, Qattuzo aşağıdakı oyunçuları heyətdən kənarlaşdıracaq: ehtiyat qapıçı Alex Meret (“Napoli”), mərkəz müdafiəçisi Dieqo Koppola (“Brayton”) və “Fiorentina”dan Hans Nikolussi Kavili ilə Roberto Pikkolini.

Hazırda İtaliya millisi I qrupunda 9 xalla ikinci pillədədir. Komandanı oktyabrın 11-də Estoniya, 14-də isə İsraillə oyunlar gözləyir.

Chosen
24
90deqiqe.az

1Sources