EN

“Neftçi”ni təriflədi, amma... “Qələbəyə biz daha yaxın idik”

Mövsümə uğurlu başlayan “Zirə” xal itirməkdə davam edir.

Son 4 matçda 3 heç-heçə edib, “Şamaxı” üzərində çətin qələbəyə sevinən “qartallar” bu dəfə “Neftçi” məğlubiyyətindən son saniyələrdə penalti zərbəsi ilə çıxdı.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin son 2 oyunda 4 xal itirməsi ilə “Turan Tovuz” turnir cədvəlinin vahid liderinə çevrildi. Bu azmış kimi, “Araz-Naxçıvan”ı da özündən irəli buraxdı.

“Neftçi” ilə 2:2 bitən qarşılaşma haqda Sportinfo.az-a açıqlama verən “Zirə”nin və Azərbaycan millisinin yarımmüdafiəçisi İsmayıl İbrahimli 90 dəqiqəni şərh edib:

“Neftçi”ylə oyunlarımız həmişə yüksək tempdə keçir. Bilirdik ki, bu dəfə də gərgin və intensiv matç olacaq.

Rəqibin son turlardakı çıxışlarını izləyəndə yaxşı formada olduğunu görürdük.Fikrimcə, azarkeşlər üçün maraqlı oyun oldu.

Qələbəyə yaxın olsaq da, yaxşı imkanı əldən verdik. Düzdür, “Neftçi” sürətli əks-hücumlarla geridönüş edərək hesabda önə çıxdı.

Lakin biz də xarakter göstərərək məğlub olmadıq. Oyunun ədalətli nəticəsi? Məncə, qələbəyə biz daha yaxın idik”.

7 turdan sonra aktivində 13 xal olan “Zirə” “Qarabağ”la birlikdə 3-4-cü pillələri bölüşür.

HƏBİB

Chosen
20
sportinfo.az

1Sources