EN

Argentina millisinin üzvü yığmadan ayrıldı

"Çelsi"nin və Argentina millisinin mərkəz yarımmüdafiəçisi Enzo Fernandes zədə səbəbindən milli komandadan ayrılaraq kluba qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçunun dizində problem var. Buna görə də, Enzo oktyabrın 15-nə keçən gecə Puerto Riko ilə yoldaşlıq görüşündə iştirak etməyəcək.

Venesuela ilə yoldaşlıq görüşündə (1:0) Enzo Fernandes start götürərək 78 dəqiqə oynayıb. Yeganə qolu 31-ci dəqiqədə yarımmüdafiəçi Covani Lo Selso vurub, qolun ötürməsi isə hücumçu Lautaro Martines olub.

Chosen
10
90deqiqe.az

1Sources