EN

Yeddi qol vuran futbolçu POLİSƏ APARILDI

Finlandiyada beşinci divizion matçında yeddi qol vuran braziliyalı futbolçu Jonatan Gerreyro saxlanılıb.

Publika.az "Globo" portalına istinadla xəbər verir ki, onun tutulmasına səbəb saxta oyunların təşkilində şübhəli bilinməsi olub.

Hadisə “Finnkurda” ilə “Espa/Renat” komandaları arasında keçirilən və 8:1 hesabı ilə başa çatan oyundan dərhal sonra baş verib. Gerreyro yeddi qol vurub, lakin final fitindən sonra polis stadionun bütün çıxışlarını bağlayıb.

Təxminən 20 polis əməkdaşı meydana çıxaraq “Finnkurda” futbolçularını ehtiyat skamyasında saxlayıb və sənədlərini yoxlayıb. Gerreyro ilə birlikdə daha iki braziliyalı oyunçu da saxlanılıb, lakin onların telefonlarının məzmunu araşdırıldıqdan sonra sərbəst buraxılıblar.

Bu oyun Finlandiya beşinci divizionunun mövsüm üzrə sonuncu matçı olub.

Chosen
20
publika.az

1Sources