Ajans.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Belə ki, minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Qasımova Nəzakət İbrahim qızını vurub. Təcili xəstəxanaya çatdırılan yaralının vəziyyəti orta-ağır olaraq dəyərləndirilir. Faktla bağlı araşdırma aparılır. / unikal.az