ain.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ "Boeing" şirkətinə məxsus təyyarə hissələrinin ixracına məhdudiyyət tətbiq edə bilər.
Oxu.Az-ın "Afr.com" nəşrinə istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Trampın sözlərinə görə, bu addım Çindən nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlərə Vaşinqtonun cavabı çərçivəsində atıla bilər.
"Əlimizdə bir çox şey var, o cümlədən də təyyarələr. Onların (Çin) çox sayda "Boeing" təyyarəsi var və onlara təyyarə hissələri lazımdır", - deyə ABŞ lideri qeyd edib.
Qeyd edək ki, Donald Tramp sosial media hesabında paylaşım edərək, Çinin düşməncəsinə davranmağa başladığını və ölkələrə məktublar göndərərək, nadir torpaq elementləri ilə bağlı istehsalın hər bir hissəsinə ixrac məhdudiyyətləri tətbiq etmək istədiklərini bildirdiyini deyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.