EN

Cüdoçularımızdan beynəlxalq turnirdə 6 medal - FOTO

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.

Apasport.az xəbər verir ki, ilk yarış günündə 6 cüdoçumuz medalçılar sırasında yer alıb. 

Tofiq Məmmədov (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub. 

Hüseyn Allahyarov (-60 kq) ilə Ülviyyə Bayramova (-57 kq) gümüş medala yiyələniblər.  

Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) millimizin aktivinə bürünc medal yazdırıblar. 

Qeyd edək ki, açıq turnirə milli komandamız 25 cüdoçu ilə qatılıb.

DÇ: Cüdoçumuz bürünc medal qazanıb - FOTO

III MDB Oyunları: Azərbaycan cüdoçuları 22 medal qazandılar

III MDB Oyunları: Cüdoçularımız finala yüksəlib

III MDB Oyunları: Azərbaycan cüdoçuları 21 medal qazanıblar

III MDB Oyunları: İki cüdoçumuz bürünc medal qazanıb

Chosen
37
18
apasport.az

10Sources