EN

Ukraynanı gücləndirmək üçün yaxşı variantlar var Zelenski Trampla söhbətdən sonra deyib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub, o, xüsusilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.

“Mən prezident Trampı uğuru və həqiqətən təmin etdiyi Yaxın Şərq sazişi münasibətilə təbrik etdim və bu, güclü nəticədir. Əgər biz bu regionda müharibəni dayandıra bilsək, o zaman digər müharibələr də, o cümlədən Rusiya müharibəsi də dayandırıla bilər”, - deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, Trampla söhbətdə Ukraynadakı hadisələrə də toxunulub. Konkret olaraq, Zelenski Ağ Ev rəhbərini Rusiyanın enerji sektorumuza zərbələri barədə məlumatlandırıb.

“Bizi dəstəkləmək istəyinizə görə minnətdaram. Biz hava hücumundan müdafiəmizi gücləndirmək imkanlarını və bununla bağlı hazırladığımız müqavilələri müzakirə etdik. Bizi həqiqətən necə gücləndirmək barədə yaxşı variantlar, güclü ideyalar var. Ruslar əsl diplomatiya ilə məşğul olmağa hazır olmalıdırlar. Buna güc yolu ilə nail olmaq olar. Təşəkkürlər, cənab prezident!”, - deyə Zelenski əlavə edib.

Eyni zamanda, “Axios” mənbələrə istinadən xəbər verir ki, liderlər Ukraynaya “Tomaqavk” raketlərinin tədarükü məsələsini də müzakirə ediblər. Nəşrin məlumatına görə, liderlər Ukrayna Silahlı Qüvvələrinə uzaq hədəflərə zərbə endirmək imkanı vermək üçün Ukraynanın uzaqmənzilli raketlər əldə etməsi imkanını müzakirə ediblər ki, bu da Rusiya prezidenti Vladimir Putini danışıqlar masası arxasına keçirməyə vadar edəcək. Mənbələr yekun qərarın verilib-verilmədiyini açıqlamayıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında sülh sazişinin birinci mərhələsinin imzalandığını açıqlamışdı. Buna əsasən, İsrail Qəzza zolağının müəyyən ərazilərindən qoşunlarını çıxarmalı, HƏMAS isə israilli girovları azad etməlidir. Ardınca ABŞ prezidenti İsraildə müharibənin başa çatdığını elan edərək, “Növbəti Ukraynadır” deyib. O, bu müharibənin ən asan başa çatacağına inandığını əlavə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
bizimyol.info

1Sources