EN

DTA: Azərbaycanın qida məhsulları dünya biomüxtəliflik irsinə salınıb

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) qastronomiya şəbəsinin sədri Səkinə Əsgərova DTA-nın təşkilatçılığı, tabeliyindəki Turizm Bürosu və Milli Kulinariya Mərkəzinin, eləcə də "Slow Food International"ın əməkdaşlığı ilə Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən "Terra Madre Shaki" qastronomiya festivalında dilə gətirib. O bildirib ki, tədbir beynəlxalq ekoloji standartlar əsasında hazırlanıb. "Tədbirin Şəkidə keçirilməsinə səbəb bu şəhərin şimal-qərb turizm marşrutunun paytaxtı olması və bölgə üzrə məqsədəuyğun mövqedə yerləşməsidir. Eyni zamanda, bildiyiniz kimi, Şəki UNESCO maddi-mədəni irs siyahısına daxildir", – Səkinə Əsgərova söyləyib. Onun sözlərinə görə, keçirilən tədbir təkcə Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün əhəmiyyətlidir: "Dövlət Turizm Agentliyi ötən il ölkəmizdə keçirilmiş COP29 beynəlxalq tədbirində də qastronomiya ilə əlaqədar bəyanatlar verib. Diqqətə çatdırdığımız məsələ budur ki, qidada israfçılığa yol verib təbiətə ziyan vurmaq məqsədəuyğun deyil. Hazırkı tədbirin keçirilməsinin məqsədi də məhz bu təfəkkürü insanlara aşılamaqdır. Bu məsələ Azərbaycanın ekologiya və turizm siyasətlərində də öz yerini tutur". AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
azvision.az

1Sources