EN

Tramp Zelenski ilə telefon danışığı apardı - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin gücləndirilməsi imkanlarını müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdə yazıb.

Ukrayna Prezidentinin sözlərinə görə, Tramplа söhbət məhsuldar keçib.

"Biz HHM sistemini gücləndirmək imkanlarını və bu barədə hazırladığımız razılaşmaları müzakirə etdik. Bizi gücləndirmək üçün yaxşı variantlar var", - o bildirib.

V.Zelenski Rusiya ilə danışıqların başlanmasının zəruriliyi barədə bəyanat verib. Lakin onun fikrincə, Moskvanı danışıqlar masasına əyləşməyə məcbur etmək üçün güc tətbiq etmək lazımdır: "Güc sayəsində bunu təmin etmək olar".

O, ABŞ Prezidentinə təşəkkür edib.

***
Ukrayna Prezidenti Vololimir Zelenski və ABŞ Prezidenti Donald Tramp telefon danışığı aparır.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib.

“ Zelenski hazırda Prezident Tramp ilə danışır”, – deyə Andrey Yermak deyib.

O, iki liderin müzakirə etdiyi mövzular barədə ətraflı məlumat verməyib.

Chosen
34
15
redaktor.az

9Sources