EN

İflicdən bir neçə gün əvvəl ortaya çıxan 3 ERKƏN ƏLAMƏT

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynin müəyyən hissəsinə qan axınının qəfil dayanması və ya azalması nəticəsində yaranan iflic (insult), baş verməzdən bir neçə gün əvvəl bəzi əlamətlərlə özünü göstərə bilər.

Ketogen pəhriz və aralıqlı oruc mövzularında araşdırmaları ilə tanınan Dr. Erik Berq sosial media hesabında paylaşdığı videoda iflicdən əvvəl müşahidə edilə bilən üç erkən xəbərdarlıq əlamətinə diqqət çəkib. Mütəxəssis bu simptomların, iflic anında müşahidə olunan klassik əlamətlərdən fərqli olduğunu bildirib.

Sherg.az xəbər verir ki, "Mirror" nəşrinin məlumatına görə, iflic beyində qan laxtasının yaranması nəticəsində meydana gəlir və bu proses bəzən bir sıra erkən siqnallarla özünü büruzə verir.

1. Şiddətli baş ağrısı

Əgər qəfil və güclü baş ağrısına ürəkbulanma da qoşulursa, diqqətli olmaq lazımdır. Bu hal beyində təzyiqin artması ilə əlaqəli olur. Stress, kortizol hormonunun yüksəlməsi və ya qan şəkərinin pozulması bu vəziyyəti tətikləyə bilər.

2. Keçməyən hıçqırıq

Səbəbi məlum olmayan və uzun sürən hıçqırıq, orqanizmdə iflicdən əvvəl yaranan tarazlıq pozğunluğunun xəbərçisi ola bilər.

3. Sinə ağrısı

Ürək problemi kimi görünən, lakin əslində damar tıxanıqlığı nəticəsində yaranan sinə ağrısı da ciddi xəbərdarlıq əlamətidir. Bu zaman qana laxtanın qarışması oksigenin ürəyə çatmasını əngəlləyə bilər.

Dr. Berq, xüsusilə şəkər və nişasta tərkibli qidalardan uzaq durmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, belə qidalarla qidalanmaq iflic riskini artıra bilər.

İflic zamanı görünən əsas simptomlar

İflic baş verdikdə simptomlar daha aydın şəkildə özünü göstərir. Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) bu əlamətləri aşağıdakı kimi sıralayır:

Üzdə asimmetriya: Üzün bir tərəfi sallanır, gülümsəmək çətinləşir.

Qolda zəiflik: Hər iki qol qaldırıldıqda biri nəzarətdən çıxa bilər.

Danışıq pozğunluğu: Sözlər anlaşılmaz hala gələ bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
1
sherg.az

2Sources