EN

Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edilib

Vətəndaşlardan daxil olan müraciətlər əsasında Tələt Şıxəliyev küçəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mütəxəssisləri tərəfindən təhlillər aparılaraq yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib. AYNA-dan SİA-ya bildirilib ki, monitorinq nəticəsində ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib.

Sözügedən ərazidə yaşayan sakinlərin parklanma tələbatı, nəqliyyat intensivliyi və yolun həndəsi ölçüləri nəzərə alınaraq, Tələt Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli təşkili məqsədəuyğun hesab edilib.

Chosen
10
25
sia.az

10Sources