EN

Nobel Sülh mükafatında sızma: araşdırma başladıldı

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Nobel Sülh mükafatı elan edilməzdən bir qədər əvvəl onlayn mərc saytında Mariya Korina Maçado ilə bağlı əmsalların sürətlə 70 faizə qədər yüksəlməsi narazılığa səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, belə bir vəziyyət məxfiliyi ilə bilinən Nobel Komitəsindən nadir bir "sızmanın" baş verə biləcəyinə dair şübhələri artırıb.

Məsələ ilə bağlı açıqlama verən Nobel İnstitutunun prezidenti Kristian Berq Harpviken məlumatlarımız üzərindən qazanc əldə etmək istəyən cinayətkarlar tərəfindən hədəfə alınmış ola biləcəklərini bildirib.

O daha sonra Norveçin “Aftenposten” qəzetinə sızma ilə bağlı qəti dəlil olmadığını, lakin rəsmi araşdırmanın başlayacağını vurğulayıb.

Qeyd edək ki, Venesuela siyasətçisi Mariya Korina Maçado Nobel Sülh mükafatına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
4
axar.az

5Sources