EN

Ukrayna - Azərbaycan oyununun hakimləri açıqlanıb

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, UEFA-nın rəsmi saytında görüşü avstriyalı hakimlər briqadasının idarə ediləcəyi açıqlanıb.

Baş hakim Sebastyan Qisxamer olacaq. Ona Yorqen Roland Riedel və Santino Şrayner kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Valter Altman yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Chosen
10
6
ucnoqta.az

10Sources