EN

İsrail ordusu Livanın cənubundakı "Hizbullah" infrastrukturunu bombalayıb: Ölən var

İsrail Livanın cənub ərazilərinə havadan zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, ərazidə "Hizbullah" hərbiləşdirilmiş hərəkatına aid infrastruktur, həmçinin mücahidlərin öz strukturlarını bərpa etmək üçün istifadə etdiyi mühəndis avadanlıqları var.

"Bu ərazidə avadanlığın və "Hizbullah"ın fəaliyyətinin mövcudluğu İsrail və Livan arasında razılaşmaların pozulması deməkdir", - SAXAL-dan qeyd edilib.

Atışma zamanı bir nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb. Zərbələr Musaylih və Nəccariyə şəhərləri arasına endirilib.
Chosen
2
1
7news.az

2Sources