EN

600 min avroya fotoqraf axtarılır: Maliyyə Nazirliyi yeni tenderlə gündəm oldu

Almaniya Maliyyə Nazirliyi yeni tenderlə gündəmə gəlib.

NOCOMMENT.az Oxu.az-a istinadən xəbər verir ki, Lars Klinqbaylın rəhbərlik etdiyi qurum 2026-2027-ci illərdə fəaliyyət göstərəcək peşəkar media komandası axtarır. Bu məqsədlə isə təxminən 580 min avro (+ƏDV) – ümumilikdə 620 min avro büdcə ayrılıb.

Bildirilir ki, tender sənədlərində il ərzində 175-225 arası fərqli çəkiliş tapşırığının yerinə yetirilməsi planlaşdırılır. Xidmət yalnız studiya çəkilişlərini deyil, həm də səfər və tədbir çəkilişlərini əhatə edir. Media komandasının həftəsonları, rəsmi tətil günlərində, eləcə də Almaniya daxilində və xaricdə çevik şəkildə işləyə bilməsi tələb olunur. Bəzi hallarda qısa müddətdə xaricə ezamiyyət də nəzərdə tutulur.

Tenderin şərtlərinə əsasən, xidmət paketi yalnız kamera arxası işlərlə məhdudlaşmır. Saç düzümü, makiyaj və qarderob məsləhəti kimi dəstək xidmətləri də nəzərdə tutulub və bu məqsədlə əlavə büdcə ayrılacaq.

Foto və videoçəkilişlərdən əldə edilən materialların ictimaiyyətə təqdim olunmazdan əvvəl yüksək keyfiyyətlə hazırlanması əsas prioritet kimi qeyd olunur.

Maliyyə Nazirliyindən bildirilib ki, bu tip media xidmətləri ictimai məlumatlandırma və kommunikasiya fəaliyyətlərinin vacib hissəsidir. Nazirlik sözçüsü əlavə edib ki, oxşar xidmətlərin satın alınması digər federal nazirliklərdə də standart təcrübə sayılır.

Chosen
6
3
nocomment.az

4Sources