EN

İsrail çıxarılsa, Avstriya “Avroviziya”ya ev sahibliyi etməyəcək

Dünən Nobel sülh mükafatına layiq görülən Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ABŞ prezidenti Donald Trampın siyasi dəstəyini qazanmağa cəhd edib və mükafatını ona həsr edib.

Kulis.az xəbər verir ki, Maçado bu barədə öz “X” hesabında yazıb.

“Bu gün, heç vaxt olmadığı qədər, azadlıq və demokratiyaya nail olmaq üçün əsas müttəfiqlərimiz kimi prezident Trampa, Amerika Birləşmiş Ştatlarının xalqına, Latın Amerikası xalqlarına və dünyanın demokratik millətlərinə ümid bəsləyirik”, - o bildirib.

Qeyd edək ki, cümə günü, Oslodakı Nobel Komitəsi 2025-ci il sülh mükafatının Maçadoya Venesuela xalqının demokratik hüquqlarının irəliyə aparılması uğrunda yorulmaz fəaliyyətinə görə təqdim olunduğunu açıqlayıb.

Chosen
9
kulis.az

1Sources