"Qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib".
Bu barədə News24.az-a Bakı Metropoliteninin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb:
"Qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib", - deyə məlumatda qeyd edilib.
09:30
***
Oktyabrın 11-i saat 08:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 28 May metrostansiyası ərazisindən 1 şəxsin huşsuz vəziyyətdə olması səbəbilə çağırış daxil olub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 72 yaşlı (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
Xeyrənsə Piriyeva