EN

Bu ölkədə evdə heyvan saxlamağa məhdudiyyət qoyulur

Rusiya Dövlət Dumasının Ailə, Atalıq, Analıq və Uşaqlığın Müdafiəsi Komitəsinin üzvü Yevgeni Marçenko mənzillərdə saxlanıla bilən it və pişiklərin sayına məhdudiyyət qoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim etməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, təklifə əsasən hər 18 kvadratmetr mənzil sahəsinə bir yetkin it və ya pişik düşə bilər. Yalnız yeni doğulmuş balalar altı aylıq olana qədər bu norma müvəqqəti olaraq arta bilər.

İzahatda bildirilir ki, hazırda evlərdə məhdudiyyətsiz sayda heyvan saxlanılması tez-tez antisanitariya hallarına və sanitar qaydaların pozulmasına gətirib çıxarır.

Bu məsələ xüsusilə Moskvanın şimalında bir mənzildə onlarla heyvan saxlayan bir sakinin yaratdığı pis şəraitlə bağlı şikayətlərdən sonra gündəmə gəlib. Prokurorluğun apardığı yoxlama da faktları təsdiqləyib.

İsmayıl
Milli.Az

Chosen
17
2
milli.az

3Sources