EN

“Rheinmetall” şirkəti Ukraynaya “Skyranger 35” sistemləri tədarük edəcək

Berlin, 11 oktyabr, AZƏRTAC

Almaniyanın nəhəng silah istehsalçısı “Rheinmetall” şirkəti Ukraynaya “Leopard-1” şassisi əsasında daha bir neçə “Skyranger 35” sistemləri tədarük edəcək. Dəyəri bir neçə yüz milyon avro olan sifariş Avropa İttifaqına üzv ölkələrdən biri tərəfindən maliyyələşdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Rheinmetall” şirkətinin məlumatında bildirilib.

“Leopard-1” şassisi üzərində mobil platforma olması “Skyranger 35”ə çevik yerləşdirmə və sürətli reaksiya vermə imkanı yaradır. Bu sistemdə quraşdırılmış 35 millimetrlik revolver tipli top dəqiqədə 1000 mərmi atmaq imkanına malikdir. Topun effektiv atış məsafəsi 4 min metr təşkil edir. Gələcəkdə bu sistemlərin idarəolunan müasir raketlərlə də təchiz edilməsi mümkündür.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
14
1
azertag.az

2Sources