EN

İsrail ordusu Livanda Hizbullah infrastrukturuna zərbələr endirdi

BAKI, 11 oktyabr. TELEQRAF

İsrail Müdafiə QüvvələriLivanın cənubundakı şiə təşkilatı Hizbullaha məxsus infrastruktura zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədəİDF mətbuat xidməti bəyanat yayıb.

“İD Livanın cənubundakı ərazidə terror infrastrukturunun bərpası üçün istifadə olunan mühəndis avadanlığının yerləşdiyi ərazidə Hizbullah infrastrukturuna zərbələr endirib və məhv edib”, - qeyd olunub.

İDF vurğulayıb ki, bölgədə texnikanın olması və Hizbullahın fəaliyyəti İsrail və Livan arasında razılaşmaların pozulmasıdır.

Chosen
28
2
teleqraf.com

3Sources