EN

ABŞ də şatdaun səbəbindən dövlət qurumlarında ixtisarlar dalğası başlayıb

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"ABŞ-də şatdaun səbəbindən dövlət qurumlarında işdən çıxarma dalğası başlayıb".

Oxu.Az bildirir ki, bu barədə Ağ Evin Büdcə İdarəsinin direktoru Rass Vout "X" sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, ixtisarlar Daxili İşlər, Daxili Təhlükəsizlik, Maliyyə, Təhsil, Energetika, Mənzil və Şəhərsalma, Sağlamlıq və Sosial Xidmətlər Nazirlikləri, həmçinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin əməkdaşlarını əhatə edəcək.

Neçə nəfərin işdən çıxarılacağı məlum deyil. Aparıcı həmkarlar ittifaqları Ağ Evi məhkəmə iddiası ilə hədələyib və işdən çıxarmaların qanunsuz olduğunu bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
oxu.az

1Sources