EN

100 milyondan çox bina təhlükə altındadır: Alimlərdən ciddi xəbərdarlıq

Alimlərin son araşdırmaları göstərir ki, dünyada 100 milyondan çox bina yaxın illərdə su altında qala bilər. Bu təhlükə artıq gələcəkdə deyil, bu gün baş verməkdədir. İqlim dəyişikliyinin ən sakit, lakin ən dağıdıcı nəticələrindən biri dəniz səviyyəsinin qalxması  getdikcə daha ciddi narahatlıq doğurur.

News24.az xəbər verir ki, Kanadada yerləşən McGill Universitetinin tədqiqatçıları Afrika, Cənub-Şərqi Asiya və Latın Amerikasında sahilyanı ərazilərlə bağlı indiyə qədər ən dəqiq təhlili aparıblar. Onlar peyk xəritələri vasitəsilə dəniz səviyyəsinin müxtəlif ssenarilərdə nə qədər qalxacağını və bunun neçə binaya təsir edəcəyini hesablayıblar.

Əldə olunan nəticələr olduqca narahatedicidir. Əgər qlobal istiləşməyə səbəb olan qazların buraxılması təcili şəkildə dayandırılmasa, ən yaxşı halda belə dünyada 3 milyona yaxın bina mütəmadi daşqınlardan zərər görəcək. Dəniz səviyyəsinin 5 metr və ya daha çox qalxması halında isə 100 milyondan artıq bina birbaşa su altında qalacaq.

Təhlükə təkcə inkişaf etməkdə olan ölkələrlə məhdudlaşmır. Avropada da vəziyyət kritikdir. 2100-cü ilə qədər bəzi Avropa ölkələrinə və Birləşmiş Krallığa dəyəcək ümumi iqtisadi zərər 870 milyard avronu keçə bilər. İtaliyanın bəzi bölgələri, Polşanın Baltik dənizi sahilləri, Fransa, Yunanıstan və digər sahil bölgələri ən riskli ərazilər sırasındadır.

Alimlər bildirirlər ki, bu təhlükənin ilk əlamətləri artıq Avropada müşahidə olunur. Barselonada süni şəkildə yaradılmış çimərliklər dalğalarla yox olmaq təhlükəsi ilə üz-üzədir. Venesiya şəhəri isə tarixi boyunca rastlaşmadığı qədər tez-tez və güclü daşqınlara məruz qalır.

Alimlərin fikrincə, dəniz səviyyəsinin qalxması artıq qarşısıalınmaz bir prosesə çevrilib. Bunun fəsadlarını azaltmağın yeganə yoluhavaya buraxılan zərərli qazların qarşısını almaq və qalıq yanacaqlardan istifadəyə dərhal son qoymaqdır.

Xeyrənsə Piriyeva

Chosen
103
1
news24.az

2Sources