EN

Trampı qəzəbləndirən məktub - Cavab olaraq 100% rüsum tətbiq edəcək

ABŞ noyabrın 1-dən Çin mallarına əlavə 100% rüsum tətbiq edəcək.

Publika.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "Truth Social"da elan edib.

O qeyd edib ki, Çinin gələcək hərəkətlərindən və ya edəcəyi dəyişikliklərdən asılı olaraq rüsumlar daha tez də tətbiq oluna bilər.

Oktyabrın 10-da Amerika lideri bəyan edib ki, APEC sammitində Çin lideri Si Cinpinlə planlaşdırılan görüş “artıq mənasız görünür”. Tramp, həmçinin Çinin nadir torpaq elementləri ilə bağlı qərarını “düşməncəsinə hərəkət” adlandırıb. Onun sözlərinə görə, Pekin dünya ölkələrinə məktublar göndərərək, nadir torpaq metalları ilə bağlı bütün məhsullara ixrac nəzarəti tətbiq etmək niyyətində olduğunu bildirir.

Chosen
19
21
publika.az

10Sources