EN

Tramp Qəzza üçün “dünya sammiti” çağırdı – Qahirədə böyük diplomatik səhnə hazırlanır

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Misirə səfəri zamanı Qəzza ilə bağlı dünya liderlərinin sammitini keçirməyə hazırlaşır. Bu barədə Axios nəşri məlumat yayıb.

Məlumata görə, Tramp bazar ertəsi İsraildə Knessetdə çıxış edəcək, daha sonra isə Misirə gedərək Qəzza üzrə sülh sazişinin imzalanma mərasimində iştirak edəcək. Sazişin əsas zəmanətçiləri Misir, Qətər və Türkiyə olacaq.

Ertəsi gün Qahirədə Qəzza Sammiti keçiriləcək. Sammitin məqsədi “Trampın Qəzza üçün sülh planına” beynəlxalq dəstəyi artırmaqdır.

Tədbirə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Qətər, BƏƏ, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İndoneziya kimi ölkələrin liderləri və ya xarici işlər nazirləri dəvət olunub.

Maraqlı məqam odur ki, İsrailin baş naziri Binyamin Netanyahu sammitdə iştirak etməyəcək.

 

Musavat.com

Chosen
22
12
musavat.com

10Sources