EN

Zelenski Moskva ilə bağlı bu sualı cavablandırmadı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Moskvada elektrik enerjisini kəsmək planları ilə bağlı suala birbaşa cavab verməkdən yayınaraq, mövzunu şərhsiz qoyub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Obozrevatel” nəşri məlumat yayıb.

Zelenski bildirib ki, Ukraynanın əsas məqsədi özünü müdafiə etməkdir:

“Bizim vəzifəmiz, ilk növbədə, özümüzü müdafiə etməkdir. Biz nə etməli olduğumuzu bilirik”.

Qeyd edək ki, sentyabrın sonunda Zelenski Moskvada işıqların kəsilməsi ilə bağlı bəyanat vermiş, lakin Ukraynanın Rusiya enerji sektoruna ilk hücum etməyəcəyini, eyni zamanda zəiflik də göstərməyəcəyini bildirmişdi.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
globalinfo.az

1Sources