EN

DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan Fransaya məğlub olub

Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxıb.

 

Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız D qrupunda səfərdə Fransa ilə qarşılaşıb.

 

“Park de Prens” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də başlayıb.

 

Azarkeşlər oyunda 3 qola şahidlik ediblər. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

DÇ-2026

Seçmə mərhələ, III tur

 

22:45. Fransa – Azərbaycan 3:0

 

Qol: K.Mbappe, 45+2, A.Rabiot, 69, F. Tauvin, 84

“Park de Prens”, Paris

Baş hakim: Rohit Saqqi

Baş hakimin köməkçiləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen

Dördüncü hakim: Daniel Higraff

VAR: Tom Harald Hagen

AVAR: Siqurd Krinqstad

 

Fransa: 16. Mayk Menyan, 2. Malo Qusto, 17. Vailliam Saliba, 4. Dayo Upamekano, 22. Teo Ernandes, 21. Kepren Türam, 14. Ardien Rabyo, 11. Maykl Olise, 7. Kinqsli Koman, 9. Uqo Ekitike, 10. Kilian Mbappe (k).

 

Baş məşqçi: Didye Deşam

 

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 21. Qismət Alıyev, 11. Rüstəm Əhmədzadə, 8. Emin Mahmudov, 15. Abdulah Xaybulayev, 7. Toral Bayramov, 10. Mahir Emreli

 

Baş məşqçi: Ayxan Abbasov

 

Apasport

Tarix: 11 Oktyabr 2025, 00:56   
Chosen
30
9
pravda.az

10Sources