Vaşinqton, 11 oktyabr, AZƏRTAC
Venesuela hökumətinin tələbi ilə BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Venesuela yaxınlığındakı sularda son həftələrdə həyata keçirdiyi hərbi əməliyyatlara dair fövqəladə iclası keçirilir.
AZƏRTAC-ın məlumatına görə, Venesuela bu tələbi Rusiyanın BMT-dəki səfiri və Şura sədri Vasili Nebenzyaya ünvanladığı məktubda qeyd edib. Məktubda ABŞ-ın bu addımını Venesuela prezidenti Nikolas Maduronu devirmək və regional və beynəlxalq miqyasda sülh, təhlükəsizlik və sabitliyə təhdid kimi qiymətləndirilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton