EN

U-21 millimizdən növbəti biabırçı məğlubiyyət

Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü tur matçına çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, Rəşad Eyubovun komandası səfərdə Çexiya ilə qarşılaşıb.

Karvina şəhər stadionunda keçirilən matç yığmamızın 0:5 hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

Avropa çempionatı, seçmə mərhələ

10 oktyabr

20:00. Çexiya U-21 - Azərbaycan U-21 - 5:0

Qollar: Lukaş Maşek, 40, 59, 75, Lukas Ambros, 55, Planka, 85

Baş hakim: Yovan Kaçevski (Şimali Makedoniya)

Karvina şəhər stadionu

"Cebheinfo.az" 

Chosen
31
5
cebheinfo.az

8Sources