EN

Ritual rəqsi ilə parlamentin iclasını pozdu Video

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Yeni Zelandiya Parlamenti yeni seçilmiş Maori Partiyasının (Te Pati Maori, TPM) deputatı Oriini Kaiparanın çıxışından sonra yarımçıq dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Press” məlumat yayıb.

Belə ki, parlamentin iclası zamanı deputat mənsub olduğu maori qəbiləsinin rəqsi olan “haka” ifa edib. Ona digər TPM üzvləri də qoşulub.

Yeni Zelandiya Nümayəndələr Palatasının spikeri Gerri Braunli həmkarlarının davranışından məyus olduğunu bildirib. O, həmçinin TPM nümayəndələrinin görüşün pozulmasını əvvəlcədən planlaşdırıblarmı və ya bunun kortəbii bir hərəkət olub-olmadığını araşdıracağına söz verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
2
qafqazinfo.az

3Sources