EN

Ukrayna yüzlərlə hava hücumundan müdafiə raketi alıb – Böyük Britaniya Müdafiə Nazirliyi

Britaniya Müdafiə Nazirliyinin oktyabrın 10-da Britaniya hökumətinin saytında dərc olunmuş bəyanatında deyilir ki, yüzlərlə hava hücumundan müdafiə raketi Ukraynaya vaxtından beş ay əvvəl çatdırılıb: “Böyük Britaniyanın dəstək proqramı çərçivəsində Belfastda istehsal olunan raketlər Ukrayna hava məkanının müdafiəsi üçün istifadə olunur və vaxtından beş ay əvvəl təhvil verilib”, – məlumatda bildirilir.
Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu Yüngül Çoxməqsədli Raketlər (LMM) 2022-ci ilin fevralında təcavüzkar dövlət Rusiya tərəfindən tammiqyaslı işğalın başlanmasından bəri Ukraynanı təhdidlərdən müdafiə edir. “Thales” müdafiə şirkətinin Belfast bölməsi Ukrayna ilə əməkdaşlıqda növbəti addımlara hazırlaşır, – Böyük Britaniya Müdafiə Nazirliyi əlavə edib: “Bu ilin əvvəlində imzalanmış 1,6 milyard funt sterlinqlik (İngiltərə Bankının məzənnəsi ilə 2,13 milyard dollardan çox) sazişin son mərhələsi bu effektiv raketlərin Ukraynanın hava hücumundan müdafiə sisteminə daha da inteqrasiyasına imkan verəcək ki, bu da Ukraynanın öz suveren imkanları üçün irəliyə doğru mühüm addımdır”.

//Samir Qurbanov, Editor.az

Chosen
29
editor.az

1Sources