EN

Almaniya Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri göndərəcək

Almaniyanın "Rheinmetall" konserni Ukraynaya "Leopard 1" tankı bazasında "Skyranger 35" hava hücumundan müdafiə sistemləri (HHM) göndərəcək.

Operativ Media xəbər verir ki, o bunu Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan vəsait hesabına həyata keçirəcək.

Şirkətin mətbuat xidmətinin məlumatında deyilir ki, hərbi sifarişin dəyəri "üçrəqəmli milyonlarla avro həcmindədir".

Silah təchizatı Rusiya aktivləri hesabına Avropa İttifaqı ölkələrindən biri tərəfindən maliyyələşdirilir.

Partiyanın həcmi barədə heç bir məlumat verilmir.

Chosen
39
operativmedia.az

1Sources