EN

Coli Pittdən boşanmasının yeni təfərrüatlarını açıqlayıb və...

...Xatırladaq ki, Bred Pitt və Ancelina Coli 2016-cı ildə boşanmaq üçün məhkəməyə müraciət etmişdilər. Ancaq nəhayət keçən il ayrıla bildilər. Lakin Bred Pitt və Ancelina Coli arasında mübahisə bitməyib. Keçmiş həyat yoldaşları Fransız şərab zavodu“Шато Мираваль” üzərində məhkəmədavasıedirlər.

SİA-nın məlumatına görə, Colininzavoddakı payını 68 milyon dollara rusiyalı iş adamı Yuri Şeflerə satması Pitti qəzəbləndirib.

Bred hesab edir ki, Ancelina onun razılığı olmadan bunu etməyə haqqı yoxdur. Qarşı tərəf isə iddia edir ki, keçmiş əri mülkə "nəzarəti ələ keçirməyi" planlaşdırıb.

İndi Hollivud divası Pittdən boşanmasının yeni təfərrüatlarını açıqlayıb.

O, bu barədə Los-Anceles Ali Məhkəməsindəki açıqlamasında bildirib.

...Keçmiş ərimdən ayrılmağıma səbəb olan hadisələr mənim və uşaqlarımız üçün emosional cəhətdən ağır oldu. Boşanma ərizəsi verdikdən sonra ona heç bir təzminat almadan Los-Anceles və Miravaldakı ailə evlərimizi idarə etmək (və orada yaşamaq) hüququnu buraxdım. Ümid edirdim ki, bu, çətin və travmatik dövrdən sonra mənimlə daha rahat hiss etməsinə kömək edəcək.

Bunu deyən Ancelina, həmçinin vurğulayıb ki, nə özü, nə də uşaqları bir daha Şatoya ayaq basmayıb, çünki mülk "boşanmaya səbəb olan ağrılı hadisələri" xatırladır.

Coli ayrılıqdan sonra Pittdən aliment və ya digər maliyyə dəstəyi istəmədiyi üçün əmlakdakı payının satılmasını da maliyyə zərurəti kimi izah edib. O, həm də varislərinin səhhətindən narahat olaraq həmin vaxt işdən iki illik fasilə vermişdi.

...Miraval birlikdə sərmayə qoyduğumuz ilk böyük layihələrdən biri idi və ailə həyatımızın mərkəzi idi. Orada ailə qurduq, hamiləliyimin bir hissəsini orada keçirdim və əkizlərimizi xəstəxanadan ora gətirdim. Evimizdən, xatirələrimizdən orda birdən-birə ayrılmaq çətin oldu və xüsusilə də uşaqlar üçün ağır oldu, çünki həyatları kəskin şəkildə dəyişdi.

Bunu aktrisa bildirib.

İndi Coli Pittdən məhkəmə xərclərini ödəmək üçün 33 min dollar tələb edir, o, dəfələrlə ondan ərizəsini geri götürməsini xahiş etdiyini və vəkillik haqlarına görə təzminat tələb olunacağını xəbərdar etdiyini xatırladır...

Bu barədə isə Page Six xəbər verir.

Nazlı Almuradova

Chosen
13
sia.az

1Sources